HAQQ ƏDALƏT PARTİYASI İDARƏ HEYƏTİNİN İCLASI - 02.03.2023
Əsas səhifə / HAQQ ƏDALƏT PARTİYASI İDARƏ HEYƏTİNİN İCLASI - 02.03.2023
1) Milliyyətcə Kürd və Yəhudi olan vətəndaşlarımızın işləri üzrə HƏP sədrinin müşavirləri vəzifələrinə namizədlərin təsdiqi.
Məruzəçilər : HƏP sədrinin köməkçisi, İdarə Heyətinin üzvü Nazim Quliyev, HƏP Gənclər Təşkilatının sədri Şahin Seyidov.
2) HƏP-in yenidən Dövlət qeydiyyatına alınması üçün partiya üzvlərinin imzalarının toplanması barədə hesabat.
Məruzəçilər : Elşən Bayramlı, Əliyar Şirməmmədov, Xalidə Məmmədova, Səfəralı Əliyev.
3) Bakı şəhəri üzrə cari ilin yanvar-fevral aylarında HƏP-ə yeni üzvlərin qəbulu ilə bağlı hesabat.
Məruzəçi : Elşən Bayramlı
Gündəlikdəki birinci məsələ ilə bağlı milliyyətçə Kürd olan vətəndaşlarımızın işləri üzrə HƏP sədrinin müşaviri vəzifəsinə Səxavət Məmmədovun, milliyyətcə Yəhudi olan vətəndaşlarımızın işləri üzrə isə HƏP sədrinin müşaviri vəzifəsinə S.Abramoviçin namizədlikləri irəli sürüldü. Sual-cavablardan və bir sıra təkliflərdən sonra İdarə Heyəti ali təhsil almış, təşkilatçılıq qabiliyyəti olan və bir sıra vəzifələrdə çalışmış hər iki namizədi səsvermə yolu ilə yekdilliklə təklif olunan vəzifəyə seçilməsinə səs verdilər.
İkinci məsələ ilə bağlı siyasi partiyalar haqqında yeni qəbul olunmuş qanuna əsasən Respublika Ədliyyə Nazirliyində siyasi partiyanın Dövlət qeydiyyatına alınması üçün HƏP rayon və şəhər təşkilatlarının 5223 nəfər partiya üzvünün imzası ilə hazırlanmış sənəd İdarə Heyətinə məruzə olundu və digər tələb olunan sənədlərlə birlikdə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təqdim olunmaq üçün hazır olduğu bildirildi.
Üçüncü məsələ ilə bağlı cari ilin yanvar-fevral aylarında HƏP Bakı şəhəri rayonları üzrə partiya üzvlüyünə qəbul olunmaq üçün 521 nəfərin HƏP Mərkəzi İcra Aparatına daxil olmuş ərizələrinə baxıldı və həmin şəxslər səsvermə yolu ilə partiya üzvlüyünə qəbul olundular.